Əvəzlik

Əvəzlik — Bütün əsas nitq hissələrinin yerində işlənə bilən əsas nitq hissəsinə əvəzlik deyilir. Əvəzlik əvəz etdiyi nitq hissəsinin suallarına cavab verir.Əvəzlik əsas nitq hissələrindən biridir.

Əvəzliyin mənaca növləriredaktə

Şəxs əvəzlikləri: mən, sən, o, biz, siz, onlar. Həmişə insana aid olmaya bilər. Mənsubiyyətə görə dəyişmir və quruluşca sadə olur.

İşarə əvəzlikləri - o, bu, elə, belə, həmin, həmən

İşarə əvəzlikləri isimləşə bilir(istisna:həmin)

Qeyri-müəyyən əvəzliklər: hamı, hər kəs, hər nə, heç nə, hər şey, hərə, bəzisi, kim isə, kimsə, nəsə, biri, kimi, filankəs.

Filankəs sözü mürəkkəbdir

Təyini əvəzliklər: hər, bütün, filan, öz, eyni.

Təyini əvəzliklər isimləşmir, mənsubiyyətə görə dəyişmir.

Sual əvəzlikləri - Bütün əsas nitq hissələrinin sualları

Sual əvəzlikləri əvəzliyin özünü də əvəz edir.

Əvəzlik nitq hissəsiredaktə

Əvəzlik daha loru dildən desək bütün nitq hissələrini əvəz edən əsas nitq hissəsidir. Əvəzliyin quruluşa 3 növü var.

Sadə, düzəltmə, mürəkkəb

Sadə əvəzliklər-həmin, belə, o, bu, elə, hamı, mən, necə və.s

Düzəltmə əvəzliklər-biri, birisi, kimsə, neçənci, hərə və.s

Mürəkkəb əvəzliklər-filankəs, hərkəs, kim isə, heçkimə və.s

Əvəzliyin mənaca növlərinin xüsusiyyətləriredaktə

Əvəzliyin mənaca növləri aşağıdaķılardır:

Şəxs əvəzliyiredaktə

İsmin yerində işlənən və kim? nə? suallarını cavab verən əvəzliklərə deyilir. Şəxs əvəzlikləri kəmiyyətcə tək və cəm olur, şəxsə görə üç növə bölünür:

I şəxs (danışan): təkdə — mən, cəmdə — biz
II şəxs (dinləyən): təkdə — sən, cəmdə — siz
III şəxs (haqqında danışılan): təkdə — o, cəmdə onlar

I və II şəxsi bildirən əvəzliklər yalnız insana aid olur və kim? sualına cavab verir. III şəxsi bildirən əvəzliklər isə həm insana, həm də heyvana və cansızlara aid ola bilir. Məsələn:

Pişik ev heyvanıdır. O, ildə dört, bəzən də beş bala verir.
Yaqut qiymətli daşdır O, əsasən Bədəxşəndə çox tapılır.

III şəxsi bildirən əvəzliklər heyvana və cansızlara aid olduqda nə? sualına cavab verir. Şəxs əvəzliyi heç də həmişə insana aid olmur. Burada "şəxs" sözü qrammatik mənadadır.

Şəxs əvəzlikləri quruluşca yalnız sadə olur. Şəxs əvəzlikləri isim kimi hallanır. Mən və biz əvəzlikləri hallandıqda yiyəlik halda -in şəkilçisi əvəzinə -im şəkilçisini qəbul edir. Müqayisə edin: sən ismi yiyəlik halda sən+in olur, mən əvəzliyi isə eyni halda mən+im olur. Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir.O şəxs əvəzliyi cümlədə mübtəda olduqda çox vaxt ondan sonra vergül qoyulur. Məsələn: O, xalamgil ilə qonşudur. Şəxs əvəzliklərindən sonra xəbər işlənərsə, vergül qoyulmaz. Məsələn: O gedir. Şəxs əvəzlikləri əşyaların adını bildirmir,onları əvəz edir. Əvəzlik isim kimi qoşmalarla da işlənə bilir.

Qeyri-müəyyən əvəzliklərredaktə

İsmin yerində işlənir və qeyri-müəyyən şəxsi və ya əşyanı bildirir. Qeyri-müəyyən əvəzliklər kim? nə? suallarına cavab olur.Azərbaycan dilində ən çox işlənən qeyri-müəyyən əvəzliklər bunlardır: biri, kim, kimsə (kim isə), nə isə, hamı, hərə, bəzisi, hər kəs, hər şey və s. Bu əvəzliklərdən hamı, hərə quruluşca sadə; biri, kimi, kimsə düzəltmə; hər kəs, kim isə, nə isə, hər şey mürəkkəbdir (tərkibi əvəzlikdır).

Kim isə, nə isə qeyri-müəyyən əvəzliklərindən başqa, qalan qeyri-müəyyən əvəzliklər hallanır.

Qeyri-müəyyən əvəzliklər cümlədə, əsasən, mübtədatamamlıq olur. Məsələn:

Hamı gülür (mübtəda).
Hərənizə bir sualım var (tamamlıq).

Bu əvəzliklər də xəbərlik şəkilçisi qəbul etdikdə cümlədə xəbər olur. Məsələn:

Bu işdə günahkar hamımızıq.

İnkar əvəzlikləriredaktə

İnkar əvəzliklərinin çoxu heç sözünün köməyi ilə düzəlir: heç kim, heç nə, heç kəs, kimsə (heç kim mənasında). İnkar əvəzlikləri də ismin yerində işlənir, kim? nə? suallarından birinə cavab olur və cümlədə mübtəda, tamamlıq olur və hallanır.

Qeyd: Kimsə əvəzliyindən sonra gələn feil təsdiqdə olduqda o, qeyri-müəyyən əvəzlik olur. Məsələn: Kimsə səni soruşurdu. Bu əvəzlikdən sonra gələn feil inkarda olduqda isə o, inkar əvəzliyi olur. Məsələn: Kimsə bu sualın cavabını tapmadı.

Sual əvəzlikləriredaktə

Sual bildirən sözlərə deyilir. Bütün əsas nitq hissələrinin sualları, yəni kim? nə? hara? necə? nə cür? neçə? neçənci? niyə? nə zaman? nə etmək? və s. sual əvəzlikləridir. Bunlar isim, sifət, say və zərf, sual şəklində əvəz edir və ya cavab almaq məqsədi ilə işlədilir. Sual əvəzlikləri əvəz etdiyi nitq hissəsinin qrammatik xüsusiyyətlərini daşıyır. Məsələn, kim? nə? hara? ismin sualı olduğu üçün hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir, cümlədə mübtəda və tamamlıq olur. Məsələn:

Kim dərsə gəlməyib?
Kimi istəyirsiniz?
Kimin var?
Haranız ağrıyır?
Nələri görmədik?
Kimlər gəldi, kimlər getdi?

Sual əvəzlikləri başqa nitq hissələri ilə yanaşı, əvəzliklərin də yerində işlənir. Məsələn: Hamı gülür. Kim gülür? Biz kəndə gedirik. Kim kəndə gedir?

Təyini əvəzliklərredaktə

Əşyanı ümumi şəkildə təyin etmək üçün işlədilir. Öz,(öz+mənsubiyyətət), hər, bütün, filan, eyni sözlərindən ibarətdir. Məsələn:

Hər gözəlin bir eybi olar.
Mənim üçün bütün günlər gözəldir.
Hər gülün öz ətri var.

Təyini əvəzliklər hansı? sualına cavab verir və cümlədə təyin olur. Təyini əvəzliklər hallanmır və sifətə aid olur.

İşarə əvəzlikləriredaktə

İşarə məqsədi ilə işlədilən əvəzliklərə deyilir. O, bu, elə, belə, həmin sözləri işarə əvəzlikləridir. O, bu, həmin işarə əvəzlikləri, əsasən, sifətin yerində işlənir və hansı? sualına cavab olur. Məsələn:

Bu (hansı?) kitab maraqlıdır.
O (hansı?) ağac çinardır.
Həmin (hansı?) oğlan tələbədir.

Sifətin yerində işlənən bu əvəzliklər cümlədə təyin olur.

Elə, belə işarə əvəzlikləri isə həm sifətin, həm də zərfin yerində işlənir. Məsələn:

Belə (elə) dostdan kim inciyər.
Elə oxu ki, mən də eşidim.

Bu əvəzliklər sifətin yerində işləndikdə cümlədə təyin, zərfin yerində işləndikdə isə zərflik olur.

Bu, o əvəzlikləri omonimdir: həm işarə bildirir, həm də əşyanı göstərmək üçün işlədilir. Bu əvəzliklər əşyanı göstərmək üçün işlədikdə ismin xüsusiyyətlərini daşıyır. Bu halda onlar cəmlənir, hallanır və cümlədə mübtəda, tamamlıq və xəbər olur. Məsələn:

Bu (nə?), uşağın kitabıdır.
Bundan (kimdən?) muğayat ol.
Onu (nəyi?) bura gətir.
Təriflədiyim oğlan budur (kimdir?).

Mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra fel və köməkçi nitq hissələrindən başqa, qalan nitq hissələri ilə ifadə olunan cümlə üzvü gəldikdə vergül qoyulur.

Qayıdış əvəzliyiredaktə

Mənsubiyyət şəkilçisi qəbul etmiş öz əvəzliyinə deyilir: özüm, özün, özü, özümüz, özünüz, özləri. Qayıdış əvəzliyi ismin yerində işlənir və ismin xüsusiyyətlərini daşıyır: hallanır, cümlədə mübtəda və tamamlıq olur: Özüm (kim?) gəlmişəm. Özündən (kimdən?) küssün.

Qeyd: Mən, sən, o şəxs əvəzliklərinin və qayıdış əvəzliyinin qəbul etdikləri çıxışlıq hal şəkilçisi [-nan²] şəklində tələffüz olunur məndən — [mənnən], səndən — [sənnən], ondan — [onnan], ozümdən — [özümnən], özündən — [özünnən] və s.

Əvəzliyin cümlədə roluredaktə

Əvəzlik cümlədə bütün cümlə üzvləri vəzifəsində işlənir. Şəxs, qeyri-müəyyən, inkar və qayıdış əvəzlikləri mübtəda, tamamlıq və xəbər; işarə əvəzlikləri və təyini əvəzliklər, əsasən, təyin; sual əvəzlikləri isə bütün cümlə üzvləri olur və yeganə əvəzliyin özünü əvəz edən "sual əvəzlikləri"dir.

Əvəzliyin təhlil qaydasıredaktə

Əvəzlik aşağıdakı qaydada təhlil olunur:

  1. Hansı nitq hissəsini əvəz etməsi və sual
  2. Quruluşca növü
  3. Mənaca növü
  4. Halı, mənsubiyyət şəkilçisi (əgər varsa)
  5. Cümlədə rolu

Bir nümunə: O, sinifdə hamıdan biliklidir. O — ismin yerində işlənmişdir, kim? sualına cavab olur. Quruluşca sadədir, şəxs əvəzliyidir. Adlıq haldadır, cümlədə mübtədadır. Hamıdan — ismi əvəz etmişdir, kimdən? sualına cavab olur. Quruluşca sadədir, qeyri-müəyyən əvəzlikdir. Çıxışlıq haldadır, cümlədə tamamlıqdır.

🔥 Top keywords: Ana səhifəGəncə qalasıGəncə qapılarıLionel MessiI AbbasTürkiyəGəncə xanlığıElçin BabayevPavel SisianovMart soyqırımıCavad xanSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiHeydərbaba dağıAzərbaycanQədr gecəsiXüsusi:AxtarNamiq Abbasov (siyasətçi)ABŞNovruz bayramıNeft DaşlarıXüsusi:SonDəyişikliklərAzərbaycanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısıBağlayıcıKamran Əliyev (hüquqşünas)Qədim Gəncə qalasıMübariz İbrahimovXocalı soyqırımıİkinci Qarabağ müharibəsiQız qalasıAzərbaycan əlifbası9 (ədəd)Ağdam Çay EviAğdam Çörək MuzeyiMürəkkəb sözlərMakedoniyalı İsgəndərKöməkçi nitq hissələriZərf (qrammatika)Ramazan bayramıFacebookGəncəAğdamŞuşaBakıFeilAzərbaycan Daxili QoşunlarıKamran ƏliyevHeydər ƏliyevModal sözlərƏdatXurşidbanu NatəvanAğdam rayonuTessa VertyuQara YanvarSəfəvilərİkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıAygün KazımovaSoyuq müharibəAbbasqulu ağa BakıxanovQızılcaOvçuluqXocalı rayonuYupiter (planet)Gəncə qapısıXocalıAvtomobilin tarixiDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Azərbaycan Sərhəd QoşunlarıAzərbaycan Silahlı QüvvələriAzərbaycan bayrağıGəncə qalasının işğalıİslamda oral seksQopuzKateqoriya:Neft Daşları haqqında filmlərAprel döyüşləriƏlifbaMirzə Ələkbər SabirKateqoriya:Azərbaycan aktrisalarıAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıAzərbaycanlıların Soyqırımı GünüMürəkkəb cümləQoşma (qrammatika)Elm günüŞəki xan sarayıGürcüstanQarabağ FKNizami GəncəviVikipediya:Kənd meydanıAzərbaycan Respublikası yol nişanlarıRusiyaASAN xidmətSifət (qrammatika)Azərbaycan xanlıqlarıXəzər dənizi adalarının siyahısıAzərbaycan Xalq CümhuriyyətiAzərbaycan gerbiGəncə şəhəriAmerika Birləşmiş ŞtatlarıAğciyər iltihabıVilayət Eyvazov