Ana səhifə
Hazırda Azərbaycan dilində 191.845 məqalə mövcuddur.
Assassin's Creed Origins — "Ubisoft Montreal" tərəfindən hazırlanan, "Ubisoft" şirkəti tərəfindən yayımlanan və döyüş-macəra janrında olan video oyun. "Assassin's Creed" oyun seriyasındakı 10-cu əsas epizoddur (ümumilikdə 17) və 2015-ci ildə satışa çıxarılan "Assassin's Creed Syndicate" video oyununun davamıdır. Oyun 27 oktyabr 2017-ci il tarixində Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün satışa çıxarılmışdır. Oyun Qədim Misirin Ptolemeylər dövrünün sonuna yaxın bir vaxtda (e.ə 49–47), Kleopatranın hakimiyyətində keçir və tarixi hadisələri uydurma versiyaları ilə yenidən qurur. Oyunun hekayəsi azadlığı dəstəkləməklə sülh üçün vuruşan "Gizli Olanlar" (ing. The Hidden Ones) — "Assasin Qardaşlığı"nın (ing. Assasin Brotherhood) sələfi və məcburi şəkildə qayda-qanunun təmin olunmasıyla sülh arzulayan "Qədimlər Ordeni" (ing. Order of Ancients) — "Tampliyer Ordeni"nin (ing. Templar Order) sələfi arasında olan və əsrlərdir davam edən münaqişənin mənşəyini öyrənir. Oyunun baş qəhrəmanı Bayek mecaydır — xalqı qorumağa and içmiş ali vəzifə. Oyunçular Qədim Misirin açıq dünyasını at, dəvə və ya qayıqla gəzə bilərlər. |
Səttar xan — Məhəmmədəli şah diktaturasına qarşı Məşrutə inqilabının görkəmli xadimi, əsas liderlərindən biri və xalq qəhrəmanı Gənc yaşlarında şah rejiminə qarşı mübarizə aparan rəhbərlərdən birini gizlətdiklərinə görə qardaşı İsmayıl ilə birlikdə həbs olunur. Özü üç aylıq həbs olunsa da qardaşı edam edilir. 1888-ci ildə yenidən həbs olunaraq Ərdəbildə yerləşən Narın qalaya yerləşdirilir. İki il həbsdə olduqdan sonra orda tanış olduğu şəxsin köməkliyi ilə həbsdən qaçır və bir müddət şahsevən tayfaları ilə birgə yaşayır. 1908-ci ildə Məhəmməd Əli şah Qacar Tehranda çevriliş edib Şura Məclisini topa tutduqdan sonra, Təbrizi də ələ keçirməyə çalışırlar. Təbrizdəki bütün məhəllələr ağ bayraq qaldırıb təslim olsalar da Səttar xanln əlində olan Əmirəqız məhəlləsi təslim olmur. Nəticədə güc yenidən məşrutəçilərin əlinə keçir və bütün məhəllələr şah qüvvələrindən təmizlənir. Bu qalibiyyətindən sonra Səttar xana Azərbaycanın əyalət əncüməni tərəfindən "Sərdari-milli" ləqəbi verilir. |
Code Geass: Lelouch of the Rebellion (yaponca: コードギアス 反逆のルルーシュ, Hepbörn: Kōdo Giasu: Hangyaku no Rurūshu?) — Sunrise, Mainichi Broadcasting System və Project Geass tərəfindən istehsal olunmuş anime serialıdır. Animenin rejissorluğunu Qori Taniquçi etmişdir, ssenarini isə İçiro Okoçi yazmışdır. Personajları fikirləşmək işi ilə CLAMP manqaka qrupu məşğul olmuş və personajları Takahiro Kimura təsvir etmişdir. Anime serialı britaniyalı Leluş Lamperujun Qiass adlı güc növünü qazandıqdan sonra Qara cəngavərlər adlı gizli təşkilat qurmasından və supergüc olan Müqəddəs Britaniya İmperiyasına qarşı döyüşməyindən bəhs edir. "Code Geass: Lelouch of the Rebellion" animesinin istehsal ediləcəyi 2006-cı ildə internet treyleri vasitəsilə anons edilmişdir. Anime serialı Mainichi Broadcasting System-də 6 oktyabr 2006-cı ildə göstərilməyə başlanmışdır və 10 stansiya tərəfindən yayımlanmışdır. |

- Türkiyənin Qaziantep şəhərinin qərbində baş vermiş 7,8 ballıq zəlzələ nəticəsində azı 2300 nəfər həlak olub.
- Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri həlak olmuş, iki nəfər yaralanmışdır.
- 2022-ci il dekabrın 12-dən Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə başlayan aksiyalar (şəkildə) davam edir.
- Tayland hərbi dəniz qüvvələrinə məxsus Suxotay korvetinin batması nəticəsində 13 dənizçi ölmüş, 9 nəfər itkin düşmüşdür.
- Argentina milli futbol komandası 2022 FİFA Dünya Kubokunun finalında penaltilər seriyasında Fransa millisini məğlub edərək üçqat dünya çempionu olub.
- Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olmuş, 81 nəfər yaralanmışdır.

- Toskananın Val-di-Kyana vadisində yerləşən Arezzo şəhərinin sakinləri ənənəvi olaraq "Mona Liza"nın (şəkildə) fonunda təsvir edilən peyzajın onların şəhərinə aid olduğunu hesab edirlər.
- Tarixdə adı yazıya alınmış ilk şəxs e.ə. 3400-3000-cü illərə və Şumer mədəniyyətinə aid olan tabletlərdə rast gəlinən və mühasib olduğu güman olunan Kuşimdir.
- Nurvest-Şpitsbergen Milli Parkının ərazisində XVII əsrə aid olan balina ovçusularının məzarları vardır.
- İrəvanda nəşr olunmuş "Lək-lək" jurnalı indiki Ermənistanda türk dilində nəşr olunan ilk mətbuat orqanı olmuşdur.
Vikimedia Fondunun digər layihələri
Vikilüğət Lüğət
Vikisitat Sitatlar
Vikikitab Azad dərsliklər və təlimat kitabları
Vikimənbə Azad əsər kitabxanası
Vikixəbər Azad xəbər mənbəyi
Vikiversitet Tədris materialları
Vikinövlər Bioloji növlərin sistematikası
Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
Vikiverilənlər Ortaq verilənlər bazası
Vikianbar Ortaq media anbarı
Vikisəyahət Azad səyahət təlimatçası
Meta-Viki Vikimedia koordinasiya mərkəzi