Juvenalya Xabiarimana

Juvenalya Xabiarimana (ruanda fr. Juvénal Habyarimana; 8 mart 1937[1][2][…], Qiseni əyaləti[d]6 aprel 1994[1][3][…], Kiqali, Ruanda) ― 1973-cü ildən 1994-cü ilə qədər Ruandanın ikinci prezidenti vəzifəsində çalışmış Ruandalı siyasətçi və hərbi zabit. O, ruanda dilindən "məğlubedilməz" mənasını daşıyan "Kinani" ləqəbi ilə tanınırdı.

Juvenalya Xabiarimana
fr. Juvénal Habyarimana
Şəxsi məlumatlar
Doğum tarixi 8 mart 1937(1937-03-08)[1][2][…]
Doğum yeri
  • Qiseni əyaləti[d]
Vəfat tarixi 6 aprel 1994(1994-04-06)[1][3][…] (57 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Uşağı 8
Dini Roma-Katolik kilsəsi
Rütbəsi general-mayor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etnik hutu olan Habyarimana, Ruandanın ilk prezidenti Qrequar Kayibanda dövründə müdafiə naziri də daxil olmaqla bir neçə təhlükəsizlik vəzifəsində çalışmışdır. 1973-cü ildə çevriliş nəticəsində Kayibandanı devirdikdən sonra ölkənin yeni prezidenti oldu və axır əvvəl sələfinin hutuyönlü siyasətini davam etdirdi. O, diktator idi və təkrar-təkrar seçkilərdə əngəlsiz qalibiyyətlərinə görə onun saxtakarlığa əl atdığına şübhələr var: 24 dekabr 1978-ci ildə 98,99% səs, 19 dekabr 1983-cü ildə 99,97% səs və 19 dekabr 1988-ci ildə 99,98% səs.[4] Onun hakimiyyəti dövründə Ruandada totalitar, birpartiyalı hökumət mövcud idi, onun başçılıq etdiyi "İnkişaf Uğrunda Milli İnqilab Hərəkatı" partiyası icraçıları əhalidən kütləvi siyasi “animasiya” yarışmalarında prezidentə təriflər oxumağı və rəqs etməyi tələb edirdilər.[4][5] Habyarimana-nın dövründə ölkə bütövlükdə bir qədər az yoxsullaşsa da, ruandalıların böyük əksəriyyəti həddindən artıq yoxsulluq şəraitində yaşayırdılar.[4]

1990-cı ildə tutsilərin rəhbərlik etdiyi Ruanda Vətənpərvər Cəbhəsi (RVC) onun hökumətinə qarşı vətəndaş müharibəsini başlatdı. Üç illik müharibədən sonra o, sülh müqaviləsi kimi RVC ilə 1993-cü ildə Aruşa sazişlərini imzaladı. Növbəti ildə o, müəmmalı şəraitdə öldürüldü, belə ki qonşu Burundi prezidenti Sipriyen Ntaryamiranı da daşıyan təyyarə Ruandanın Kiqali şəhəri yaxınlığında raketlə vuruldu. Onun öldürülməsi regionda etnik gərginliyi alovlandırdı və 1994-cü ildə tutsilərə qarşı soyqırımına səbəb oldu.

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 2,0 2,1 Juvenal Habyarimana // Encyclopædia Britannica (ing.).
  3. 3,0 3,1 Juvenal Habyarimana // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  4. 4,0 4,1 4,2 Filip Qureviç. We Wish to Inform You That Tomorrow We Will Be Killed With Our Families. 1998.
  5. https://www.files.ethz.ch/isn/92171/GS19.pdf. Arxivləşdirilib 26 yanvar 2021 at the Wayback Machine