Ana səhifə
Hazırda Azərbaycan dilində 196.948 məqalə mövcuddur.
![]() Xanlıq şərqdə Xəzər dənizi, şimalda Dərbənd xanlığı və Tabasaran əraziləri, qərbdə Şəki xanlığı, cənubi-qərbdə Şamaxı xanlığı, cənubda Bakı xanlığı ilə həmsərhəd idi. Tərkibində Quba, Rustov, Buduq, Müşkür, Bərmək və digər mahallar vardı. XVIII əsrin ortalarında Quba xanlığının taxtına Hüseynəli xan keçdi. XVIII əsrin 40-cı illərində Hüseynəli xan Quba əyalətini müstəqil xanlıq etmişdi. 1747-ci ildə Nadir şahın ölümündən sonra İranda feodal çəkişmələrin başlandığı dövrdə o, Rusiya ilə dostluq münasibətini saxlayaraq, hakimiyyətini daha da möhkəmləndirdi. |
![]() Bu hücum nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həyatını itirmişdir. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülmüşdür. Hücum zamanı həyatını itirən yaş yarımlıq Zəhra Quliyeva 1994-cü ildə Birinci Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində öldürülən sayca üçüncü azərbaycanlı uşaq idi. Bu hücum beynəlxalq ictimaiyyət və bir-sıra xarici dövlətlərin rəsmiləri, parlament üzvləri tərəfindən qınanmışdır. |
![]() İlk mükafatın qalibləri 1969-cu ildə Raqnar Friş və Yan Tinberqen olmuşdur. Hər bir laureat medal, diplom və miqdarı hər il dəyişən pul mükafatı alır. 1969-cu ildə Tinberqen və Frişə 375,000 İsveç kronu verilmişdi(bu pul 2007-ci ildə 2,871,041 İsveç kronudur). Mükafat Stokholmda Alfred Nobelin vəfatının ildönümü olan dekabrın 10-da illik mərasimdə təqdim olunur 2018-ci ildəki mükafatla birlikdə 50 İqtisadiyyat üzrə Nobel mükafatı 81 şəxsə verildi. 2007-ci ilə qədər 9 mükafatla ən çox mükafatın əldə edildiyi sahə makroiqtisadiyyatdır. 2018-in oktyabrından etibarən ən çox laureata sahib universitet 32 laureatla Çikaqo Universiteti olmuşdu. |


- Hindistanın Uttarakhand bölgəsində yol tunelinin çökməsi nəticəsində dağıntı altında qalan 41 işçinin hamısı 17 gün sonra xilas edilib.
- ABŞ-nin Boliviyadakı keçmiş səfiri Kuba hakimiyyətinə işləmək ittihamı ilə saxlanılıb.
- ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer (şəkildə) 100 yaşında vəfat edib.
- Azərbaycanlı alim Yalçın Əlizadə 83 yaşında vəfat edib.
- Azərbaycan Milli Məclisinə keçmiş Ağdərə rayonunun bərpa edilməsi ilə bağlı qanun layihəsi daxil olub.
- Pedro Sançes Kataloniya müstəqillik hərəkatı üzvlərinə amnistiya tətbiq edən razılaşmadan sonra yenidən İspaniyanın baş naziri seçilib.

- 1904 — Yaponiya Port-Arturda rus donanmasını məğlub etmişlər.
- 1933 — ABŞ-da "quru qanun" ləğv edilib, spirtli içkilər leqallaşdırılmışdır.
- 1936 — SSRİ VIII Fövqəladə sovetlər qurultayı başa çatmış, SSRİ-nin yeni Konstitusiyası qəbul edilmişdir.
- 1946 — Nyu-York şəhəri BMT-nin daimi qərargahı seçilmişdir.
- 1962 — ABŞ və Sovet İttifaqı Sakit okean hövzəsinin birgə istifadəsinə qərar vermişlər.
- 1989 — Marqaret Tetçer yenidən Mühafizəkar Partiyanın lideri seçilmişdir.
- 1995 — Fransa yenidən NATO-nun tərkibinə qayıtdığını elan etmişdir.


- Yapon dili Yaponiyadan sonra təkcə Palauda rəsmi dövlət kimi istifadə olunur. İkinci Dünya müharibəsi zamanı yapon işğalı altında olmuş ölkənin bir çox adasında hələ də müxtəlif yapon miraslarına rast gəlmək mümkündür.
- Palau bayrağının mərkəzindəki ay təsviri ölkə mədəniyyəti üçün xüsusi məna kəsb edir. Tam ay ənənəvi olaraq balıq ovu, əkin və digər fəaliyyətlər üçün ən yaxşı vaxt hesab olunur.
- Dünyadakı ən nadir meduza növləri Palaunun Eyl Malk adasının cənubunda yerləşən Meduza gölündə yaşayır. Gölün uzunluğu 460 m, eni 160 m təşkil edir. Göl Sakit okeandan eni 200 metr olan ensiz quru xəttlə ayrılır. Dərinliyi 50 metrdir. Göl 12 min il öncə yer səthinin hərəkəti nəticəsində formalaşmışdır.
- Palau dünyada ordusu olmayan ölkələrdən biridir. Əvvəllər ABŞ-nin ərazilərindən biri olan ölkə 1979-cu ildə müstəqilliyini elan etdikdən sonra öz təhlükəsizliyini ABŞ Silahlı Qüvvələrinə etibar etmişdir. 18 min əhalisi olan ölkənin min nəfərə yaxın vətəndaşı ABŞ ordusunda xidmət edərək təqaüdə çıxmışdır. 2023-cü ilin məlumatlarına əsasən 500 palaulu ABŞ Silahlı Qüvvələrində könüllü kimi xidmət edir.
Vikimedia Fondunun digər layihələri
Vikilüğət Lüğət
Vikisitat Sitatlar
Vikikitab Azad dərsliklər və təlimat kitabları
Vikimənbə Azad əsər kitabxanası
Vikixəbər Azad xəbər mənbəyi
Vikiversitet Tədris materialları
Vikinövlər Bioloji növlərin sistematikası
Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
Vikiverilənlər Ortaq verilənlər bazası
Vikianbar Ortaq media anbarı
Vikisəyahət Azad səyahət təlimatçası
Meta-Viki Vikimedia koordinasiya mərkəzi